"Qarabağ" 2017/2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.
Sportal.az xəbər verir ki, bu barədə klubun baş direktoru Emrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir (Report).
saytlarin hazirlanmasi