AFFA-nın təşkilatçılığı ilə keçirilən U-19 liqasında çempionun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun çalışdırdığı "Qarabağ"ın 19 yaşlılardan ibarət komandası çempionluğu bayram edib.
Belə ki, Ağdam klubunun gəncləri çempionatın sonuna 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda bu gün əsas rəqibi "Qəbələ"ni neytral meydanda keçirilən qarşılaşmada 3:1 hesabı ilə məğlub edib. Qazanılan 3 xal "Qarabağ"ın çempionluğu üçün yetərli olub
U-19 liqasının qalibi Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.
Qeyd edək ki, bu yarışın ötən ilki qalibi "Qəbələ" olub.
saytlarin hazirlanmasi