U-19 Liqasında XXXI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı U-19 komandası sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, "Qarabağ" xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal fərqiylə qabaqlayıb.
Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
saytlarin hazirlanmasi