Türkiyə Kubokunda 2016/17 mövsümündə ilk finalçının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yarımfinalın ilk cavab görüşündə “Konyaspor”la “Kasımpaşa” üz-üzə gəlib. Konyada baş tutan qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Konyalıların rəqibinin adına isə bu gün oynanılacaq matçda aydınlıq gələcək. İlk görüşdə 2:2 hesablı bərabərliyə razılaşan “Başakşəhər” ilə “Fənərbaxça” cavab görüşündə münasibətlərinə aydınlıq gətirəcəklər.
“Konyaspor” – “Kasımpaşa” – 2:0 (İlk oyun 2:3)
QOLLAR: Bayiç, 18 (pen.), 58
saytlarin hazirlanmasi