Türkiyə kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Fənərbaxça" doğma meydanda "Başakşəhər"i qəbul edib. Qarşılaşma 2 - 2 hesablı bərabərliklə başa çatıb.
İlk oyunda da eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan "Başakşəhər" (10 - 9) kubokun finalına yüksəlib.
Qeyd edək ki, finalda "Başakşəhər"in rəqibi "Kasımpaşa"nı mübarizədən kənarlaşdıran "Konyaspor" olacaq.
saytlarin hazirlanmasi