Bu gün U-19 liqasında son turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu turda AZAL-ı qəbul edib. İki tur öncə çempionluğunu rəsmiləşdirən “köhlən atlar” bu matçda 7:0 hesablı qələbə qazanıb.
Qarşılaşmadan sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub.
saytlarin hazirlanmasi