İngiltərənin "Vest Hem" klubunda icarədə olan Gökhan Törə "Beşiktaş"a geri dönüb.
Sportal.az xəbər verir ki, bu barədə məlumat Premyer Liqa təmsilçisinin rəsmi saytından verilib. İcarə müddəti başa çatan Türkiyə millisinin üzvü ilə yeni sözləşmə imzalanmayıb. Baş məşqçi Slaven Biliç türk yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, gənc futbolçu "Vest Hem"in heyətində 8 matçda şans qazanıb.
saytlarin hazirlanmasi