Tiflisdə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə iştirak edən “Qarabağ”ın U-11 komandası artıq iki görüş keçirib.
Sportal.az xəbər verir ki, Ağdam klubu Tbilisi “Dinamo”sunun akademiyasının meydançalarında baş tutan oyunlarda dünən “İveriya”, bu gün isə “Olimpik”lə qarşılaşıb.
“Qarabağ” ilk oyundan 4:1, ikinci matçdan isə 3:1 hesablı qələbəylə ayrılıb.
Birinci qrupda yarışan ağdamlılar növbəti matçında “Champion”la qarşılaşacaq. Yarış isə iyunun 2-nə qədər davam edəcək.
saytlarin hazirlanmasi