Türkiyə Super Liqasında 2016/17 mövsümünün qalibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bu, "Beşiktaş" klubu olub. İstanbul nəhəngi XXXIII tur çərçivəsində səfərdə autsayder "Qaziantepspor"a 4:0 hesabı ilə qalib gələrək ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirib. Sona 1 tur qalsa da, "qara qartallar" ən yaxın izləyicisi "Başakşəhər"i 4 xal qabaqlayır. Bu isə aktivində 74 xal olan "Beşiktaş"ı əlçatmaz edir.
Qeyd edək ki, bu, "Beşiktaş"ın tarixi ərzində 15-ci çempionluğudur.
saytlarin hazirlanmasi