"Qarabağ" qrup ikincisi oldu

00:03 - 30 May 2017

"Qarabağ"ın U-11 komandası Gürcüstanın Tbilisi şəhərində Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qrupda son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Gürcüstanın "Champion" klubuyla 0:0 hesablı heç-heçə edib. 

 

Bu nəticə ilə "Qarabağ" qrup mərhələsini 7 xalla ikinci pillədə tamamlayıb və yalnız top fərqində liderdən geri qalıb.

Xəbər xətti