"Qarabağ"la "Qəbələ" Gürcüstanda rəqib oldular

16:47 - 31 May 2017

“Qarabağ”ın U-11 komandası Gürcüstanın Tiflis şəhərində Nodar Axalkatsinin xatirəsinə keçirilən beynəlxalq turnirdə növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 1/4 finalda Gürcüstanın “TS Akademiyası” klubuna 0:1 hesabıyla məğlub olub.

 

"Qarabağ" 5-8-ci yerlər uğrunda ilk görüşünü də keçirib. Təmsilçimiz bu qarşılaşmada “Rustavi”ni 1:0 hesabıyla məğlub edib. Ağdam klubu sabah 5-6-cı yer uğrunda bu turnirdəki digər təmsilçimiz “Qəbələ”ylə qarşılaşacaq. Oyun saat 10:00-da start götürəcək.

Xəbər xətti