"Qarabağ"da istirahət başa çatır

00:33 - 1 İyun 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"da istirahət başa çatır.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi sabah klubun bazasında bir araya gələcək. Milli komandaların düşərgəsində olan futbolçular istisna olmaqla kollektivin digər üzvləri məşqlərdə iştirak edəcək.

 

Qeyd edək ki, hazırlığın ilk hissəsini paytaxtada keçirəcək "Qarabağ" daha sonra Avstriyaya təlim-məşq toplanışına yola düşəcək.

Xəbər xətti