Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, son vəsiqə uğrunda həlledici matçda "Əskişəhərspor" və "Göztəpə" komandaları üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1 - 1 hesablı bərabərliklə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan "Göztəpə" (3 - 2) Super Liqaya yüksəlib.
Qeyd edək ki, daha öncə "Sivasspor" və "Yeni Malatyaspor" komandaları yüksək liqada oynamaq hüququ qazanmışdı.
saytlarin hazirlanmasi