Türkiyə superkubokunun oyunu Bakıda keçiriə bilər.
Sportal.az xəbər verir ki, bu haqda “Beşiktaş”ın prezidenti Fikrət Orman məlumat verib.
Ölkəsinin mediasına açıqlamasında o, kuboku qazanmaları münasibəti ilə “Konyaspor”un prezidenti Əhməd Şanı telefonla təbrik etdiyini bildirib: "Şanı təbrik edəndə mənə dedi ki, superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı? "Xəbərim yoxdu" - deyə cavab verdim. Orda keçirilərsə, yaxşı olar. Azərbaycanda oynamaq istərik”.
Qeyd edək ki, superkubok matçı çempion “Beşiktaş”la kubokun qalibi “Konyaspor” arasında avqustun 6-da təşkil ediləcək.
saytlarin hazirlanmasi