Türkiyə Super Liqasında mövsümü ikinci pillədə başa vuran "Başakşəhər" ilk transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray"dan ayrılan Aurelian Şedjunu heyətinə cəlb edib. Kamerunlu mərkəz müdafiəçisi vitse-çempionla 3 illik müqavilə imzalayıb. 31 yaşlı futbolçu yeni komandasında 22 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Çedju "Qalatasaray"a 2013-cü ildə Fransanın "Lill" komandasından transfer olmuşdu.
saytlarin hazirlanmasi