Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki haqda növbəti dəfə açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəhbəri xorvatiyalı mütəxəssisi komandanın "sükanı arxası"na gətirə bilmədikləri üçün təəssüfləndiklərini bildirib:
"Prosineçki ilə çox çalışmaq istyirdik. Onunla razılıq əldə etmək üçün çox çalışdıq. Özü də "Bursaspor"u diqqətdə saxlayırdı, amma təəssüflər olsun ki, alınmadı. Növbəti həftə içində baş məşqçi məsələsi həllini tapacaq".
Xatırladaq ki, "Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki müqaviləsinin sonuna qədər postunda qalacağını açıqlayıb.
saytlarin hazirlanmasi