Türkiyə I Liqasında mövsümün rəmzi heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, simvolik komandada "Qarabağ"ın sabiq hücumçusu, hazırda "Boluspor"un uğurları üçün çalışan hollandiyalı hücumçu Raydell Pupon da yer alıb. 29 yaşlı forvard I Liqada 20 qol vurmaqla mövsümü bombardirlər sırasında başa vurub. O, yalnız “Adana Dəmirspor”un hücumçusu Mikael Pote (24 qol) və "Göztəpə"nin forvardı Adis Yahoviçdən (21 qol) geri qalıb.
Pupon 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib və 15 oyuna 1 qol vurub. Onun "Boluspor"la müqaviləsi 2018-ci ildə başa çatacaq.
saytlarin hazirlanmasi