Bu gün saat 13:05-da Bakı-İstanbul-Zalsburq reysi ilə ölkəni tərk edən "Qarabağ" yerli vaxtla saat 18:00-da Avstriyaya çatıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi daha sonra isə adıçəkilən ölkənin dördüncü böyük şəhərindən avtobusla təlim-məşq toplanışı keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən yarım saatlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb. Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib.
Sabahdan etibarən isə "Qarabağ" məşqlərə start verəcək.
saytlarin hazirlanmasi