"Qarabağ"ın Avstriyada ilk günü FOTOLAR

00:32 - 18 İyun 2017

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, səhər məşqini fitnes zalında keçirən Ağdam təmsilçisi günün ikinci hazırlığna yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) meydançada çıxıb. Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov qısa söhbət edib və məşq proqramını komandaya təqdim edib.

 

İki qrup halında olan komanda çalışmalara kvadratla başlayıb. Hazırlığın ikinci yarısında isə futbolçular fiziki tapşırıqları yerinə yetirərək məşqi başa vurub. Ağabala Ramazanov isə fərdi məşqlə kifayətlənib.

 

Məşqdən hazırlanmış fotoreportajı təqdim edirik:

 

 

Xəbər xətti