“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Ağdam klubu toplanışın ikinci gününü tək məşqlə tamamlayıb. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Toplu və fiziki çalışmalarla hazırlığa yekun vurulub.
Qeyd edək ki, "atlılar" toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 20-da Rusiyanın "Axmat" klubuna qarşı keçirəcək.
saytlarin hazirlanmasi