"Qarabağ"ın ilk oyununun yeri dəqiqləşdi

14:47 - 19 İyun 2017

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması baş tutub.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən püşkatmada ölkəmizi qitənin bir nömrəli yarışında təmsil edən “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

 

Artıq tərəflər arasındakı ilk qarşılaşmanın keçiriləcəyi məkan da bəlli olub. İlk görüş Bakıda baş tutacaq.

 

Qeyd edək ki, II təsnifat mərhələsinin qarşılaşmaları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti