Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” üçüncü günü bir məşqlə başa vurub.
Sportal.az xəbər verir ki, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki və toplu çalışmalara üstünlük verilib.
Xatırladaq ki, Ağdam klubu sabah təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. “Qarabağ” Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq və matç Bakı vaxtıyla saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi