Fransa millisinin sabiq futbolçusu Jeremi Menez karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Super Liqa təmsilçisi “Antalyaspor”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayb. Menezlə 3 illik müqavilə bağlanıb.
Karyerası ərzində “Milan”, “Roma”, “Monako”, PSJ kimi klublarda top qovmuş fransalı futbolçunun son klubu “Bordo” olub. Hücumçu Liqa 1 təmsilçisinin heyətində son mövsümdə şans qazandığı 31 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.