"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Braziliyanın "San Paulo" klubunun müdafiəçisi Maykon Pereyranı heyətinə cəlb edib. "Sambaçı"nın keçidi üçün "sarı qırmızılar" Cənubi Amerika təmsilçisinə 7 milyon avro ödəyəcək.
28 yaşlı mərkəz müdafiəçisi "cim bom"da illik 2 milyon 600 min avro qazanacaq. Maykon sabah İstanbula gələrək rəsmi sözləşməyə imza atacaq.
saytlarin hazirlanmasi