Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın altıncı gününü tək məşqlə başa vurub.
Sportal.az xəbər verir ki, axşam baş tutan məşq yerli saatla 19:00-da start götürüb və təxminən bir saat yarım davam edib.
Dani Kintana fizioterapivt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib. Bu gün komandaya qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.
saytlarin hazirlanmasi