2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” Donetsk "Şaxtyor"undan ukraynalı qapıçı Anton Kanibolotski ilə iki illik müqavilə imzalanıb.
Peşəkar karyerasına "Dnepr”də başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib. Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.
Sportal.az qolkiperin performansından hazırlanmış videoları təqdim edir:
saytlarin hazirlanmasi