Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” doqquzuncu günü tək məşqlə tamamlayıb.
Sportal.az xəbər verir ki, dünən yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən hazırlıq meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. SSKA ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, digər futbolçular isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb. İki oyunçu - Riçard Almeyda və Dani Kintana isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.
Qeyd edək ki, komandanın bu gün üçün iki məşqi nəzərdə tutulub.
saytlarin hazirlanmasi