Hava şəraiti "Qarabağ"ın planını pozmadı

00:50 - 28 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın on birinci gününü tək məşqlə başa vurub.

 

Sportal.az xəbər verir ki, günorta saatlarında hava şəraiti kəskinləşsə də, bu, komandaya mane olmayıb. Axşam yerli saatla 19:00-da start götürən çalışma təxminən 1 saat 20 dəqiqə davam edib.

 

Qeyd edək ki, "Qarabağ" sabah təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama görüşündə Rusiyanın “Dinamo” (Moskva) klubuyla qarşılaşacaq. Matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.

Xəbər xətti