"Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq

16:25 - 28 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” sonuncu - dördüncü yoxlama matçında rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Brondbü” klubuyla qarşılaşacaq. Matç iyulun 2-də keçiriləcək və yerli saatla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.

 

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama görüşündə "Axmat"a (Rusiya) 0:1, Sofiya SSKA-sına isə 2:5 hesabı ilə uduzub. Qurban Qurbanovun komandası bu gün Moskva "Dinamo"su ilə qarşılaşacaq.

Xəbər xətti