Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Bu matçda Qurban Qurbanovun komandası 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, buna qədər “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub.
Yoxlama oyunu
“Qarabağ” (Azərbaycan) - “Dinamo” (Moskva, Rusiya) - 0:1
Qol: Kirill Pançenko, 62
“Qarabağ”: İbrahim Şehiç, (Anton Kanibolotski, 46), Qara Qarayev, Maksim Medvedev, (Abbas Hüseynov, 70), Rahid Əmirquliyev, (Coşqun Diniyev, 46), Miçel, Dino Ndlovu, (Turan Manafov, 83), Rəşad Sadıqov, (Elvin Yunuszadə, 60), Əfran İsmayılov, (Elşən Abdullayev, 75), Ansi Aqolli, (Arif Daşdəmirov, 70), Ağabala Ramazanov, (Mahir Mədətov, 46), Bədavi Hüseynov
saytlarin hazirlanmasi