"Qarabağ"ın razılığa gəldiyi futbolçu kubok rekordçusudur

13:25 - 2 İyul 2017

"Qarabağ" razılığa gəldiyi Yakub Rzejniçak Polşanın "Legiya" klubunun tarixində əhəmiyyətli oyunçudur. 30 yaşlı stoper titul baxımından rekordçudur.

 

Sportal.az xəbər verir ki, polşalı futbolçunun hesabında 12 kubok var. Rzejniçak 5 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun və 1 dəfə də Super kubokun qalibi olub. Ona həmçinin, ölkəsində "qəssab" ləqəbi verilib.

 

Qeyd edək ki, Polşa millisinin üzvü "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına yollanıb. Təcrübəli müdafiəçi Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Yakub 13 il idi ki, Varşava klubunun şərəfini qoruyurdu.

Xəbər xətti