Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Danimarka “Brondbü”sü ilə üz-üzə gəlib və 1:5 hesabıyla uduzub.
Bununla da komanda təlim-məşq toplanışını başa vuran "Qarabağ" sabah Bakıya qayıdacaq.
Xatırladaq ki, buna qədər “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.
Yoxlama oyunu
“Qarabağ” – “Brondbü” - 1:5
Qollar: Dino Ndlovu, 52 - Kliment, 10 (pen.), 39, Vilçek, 20, Kalmar, 66, Andreas Bruus, 73
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Coşqun Diniyev, Ansi Aqolli, Əfran İsmayılov, Bədavi Hüseynov.