“Qarabağ”la müqavilə bağlayacaq David Gerye artıq Bakıdadı.
Sportal.az xəbər verir ki, dünən gecə Bakıya gələn hücumçu da cəbhədə baş verənlərə biganə qalmayıb.
Haitili oyunçu “İnstagram” səhifəsində Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın şəklini terrorizmə, insan qırğınına yox deyən haştaqlarla paylaşıb.
Bir çox azərbaycanlı futbolçunun hələ də biganə qaldığı olaya ölkəmizdəki legionerlərin münasibəti müsbət haldı. Denis Silva, Reynaldo kimi futbolçular artıq bununla bağlı paylaşım edib. Qerye isə ölkəmizə çatan kimi bunu özünə borc bilib.
saytlarin hazirlanmasi