Əmrah Çəlikəl: "Hesabdan razı qaldıq"

00:18 - 12 İyul 2017

“Belə hesabla qalib gələcəyimizi düşünmürdüm. Hesabdan razı qaldıq, xoş oldu”.


Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl söyləyib.  "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub edib. Oyundan sonra Ağdam klubunun rəsmisi Əmrah Çəlikəl jurnalistlərə açıqlama verib. O, yeni transferlərin oyunu haqda danışıb:

 

“Onların oyunundan razı qaldıq. Hamınız kimi biz də bəyəndik. Yaxşı oynadılar”.

 

Əmrah bəy cavab matçında formal baxmadıqlarını söyləyib:  “Cavab matçına da ciddi yanaşacağıq. Rahat oynamalıyıq. Arxayınlaşmağı heç kimə məsləhət görmürəm. Bizi 90 dəqiqəlik mübarizə gözləyir”.

 

Klub rəsmisi Rəşad Sadıqovun zədəsi haqda bunları söyləyib: “Oyun yeni bitib və bu haqda məlumatımız yoxdu. Tezliklə son durumuna aydınlıq gələcək”.

Xəbər xətti