Türkiyənin "Başakşəhər" klubu heyətini 2 futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan ayrılan Gökhan İnləri transfer edib. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanacaq.
İstanbul təmsilçisinin heyətinə qatdığı digər futbolçu isə Türkiyə millisinin üzvü Mevlud Erdinçdi. Müqavilə ilə Almaniyanın "Hanover" klubuna məxsus olan hücumçu ilə razılıq əldə olunub. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi