“Qarabağ”ın futbolçusu Dino Ndlovu açıqlama verib.
Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu ölkəsinin Çempionlar Liqasındakı yeganə nümayəndəsidir. O, CAR mətbuatına açıqlamasında növbəti rəqiblərini gözlədiklərini bildirib:
“Çox şadam ki, belə möhtəşəm turnirdə çıxış edirəm. Çempionlar Liqası çətin turnirdir. Avropanın çempion komandaları ilə üz-üzə gəlirsən. İlk oyunda qeydə alınan 5:0 hesablı qələbə mərhələ adlamaq şansını artırır. Bizdə də belə oldu. Bu gün 3-cü mərhələdki rəqibimiz müəyyənləşəcək. Artıq həmin rəqibimiz haqda düşünəcəyik. Avrokuboklarda təcübə topladığıma görə sevinirəm”.
Xatırladaq ki, 27 yaşlı forvard “Samtredia” ilə Bakıda keçirilən oyunda (5:0) dubl etmişdi.
saytlarin hazirlanmasi