"Qarabağ" "Şerif" üçün başladı

10:19 - 20 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran “Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi dünən bir məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. “Samtredia” ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib. 

 

Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi Moldova çempionu “Şerif” olacaq.

Xəbər xətti