UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışına bu gündən start verilib.
Sportal.az xəbər verir ki, ilk gündə təxminən 5 min bilet artıq satılıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
"Qarabağ" – “Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN
VİP - 50 AZN
saytlarin hazirlanmasi