Robin van Persi “Fənərbaxça”dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, hücumçunun xidmətində “Feyenord” klubu maraqlıdır. Bu haqda klubun baş məşqçisi Covanni van Bronkhorst açıqlama verib: “Biz van Persi ilə maraqlanırıq. Ümid edirəm ki, onu transfer edəcəyik. Danışıqlarımız davam edir".
Qeyd edık ki, 33 yaşlı futbolçu 1999-2004-cü illərdə Rotterdam klubunda top qovub. O, “Feyenord”da 61 oyuna 15 qol vurub.
saytlarin hazirlanmasi