Öncə Qurban Qurbanov, sonra Bordin

01:06 - 24 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, iyulun 24-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Şerif"in baş məşqçisi Roberto Bordn isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Ağdam klubu tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

Xəbər xətti