UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, geridə qalan 4 gündə satılan biletlərin sayı artıq 17 minə çatıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.
Qeyd edək ki, "Qarabağ" - “Şerif" matçı bu gün keçiriləcək və saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi