Fatih Terim istefa verdi

17:31 - 26 İyul 2017

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim postundan istefa verib.

 

Sportal.az xəbər verir ki, bu barədə qardaş ölkənin "Hürriyet" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə bir araya gələn “İmperator”, yığmadan ayrılmağa qərar verib.

 

Qeyd edək ki, 63 yaşlı mütəxəssis 2013-cü ildən millinin sükanı arxasında idi.

Xəbər xətti