Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə görüşüb.
Sportal.az xəbər verir ki, fedrasiya rəhbəri çalışdırıcıya Fatih Terimin gedişindən sonra boş qalan milli komandanın baş məşqçi postunu tutmağı təklif edib. Danışıqlarda edilən müzakirəyə görə, Günəş yalnız DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər bu postda qalacaq. O, milli komanda ilə yanaşı “Beşiktaş”ı da çalışdıracaq.
“Beşiktaş”ın prezidenti Fikrət Orman komandanın baş məşqçisi Şenol Günəşin TFF-nin prezidenti Yıldırım Dəmirörənlə görüşməsindən danışıb. O, bu görüşü “nəzakət görüşməsi” adlandırıb:
“Bu bir "nəzakət görüşməsi" idi. Daha öncə də bildirmişdim ki, baş məşqçimiz həm “Beşiktaşı”, həm də milli komandanı çalışdıra bilməz. İndi də eyni şəkildə düşünürəm".
saytlarin hazirlanmasi