Qurban Qurbanov: "Şansları bərabər sayıram"

23:56 - 31 İyul 2017

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah Moldovadanın “Şerif” klubuna qarşı keçirəcəkləri oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı matçın hər iki komanda üçün vacib olduğunu deyib: "Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir. Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm".

 

Qurbanov komandasını penaltilər seriyasına hazırlaşdırmadığını sözlərinə əlavə edib: "Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.

Xəbər xətti