UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif" üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" vətənə qayıdıb.
Sportal.az saytının məlumatına görə, Azərbaycan futbolunda yeni tarix yazan Ağdam təmsilçisinin təyyarəsi saat 05:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Pley-off mərhələsinə vəsiqə əldə edən Azərbaycan çempionunu hava limanında azarkeşlər coşğu ilə qarşılayıblar. APA TV-yə açıqlama verən baş məşqçi Qurban Qurbanov çətin oyun keçirdiklərini bildirib: "Komandada bir az gərginlik var idi. Ancaq şükürlər olsun, hər şey istədiyimiz kimi oldu".
Tərüvəli çalışdırıcı pley-off mərhələsi ilə bağlı proqnoz verməkdən yayınıb: "Rəqibin kimliyi ilə bağlı hələ ki, düşünmürük. Düşünəcək bir şey də yoxdu. Gözləyəcəyik, görək hansı komanda ilə qarşılaşacağıq".
Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi avqustun 4-də bilinəcək.
saytlarin hazirlanmasi