Yeni mövsümə hazırlaşan Türkiyənin “Beşiktaş” klubu daha bir ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Gökhan Gönül sağ ayağındakı ağrılara görə əməliyyat edilib. 32 yaşlı futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Bir müddət əvvəl İstanbul klubunda Gökhan Töre və Atınç Nukan da əməliyyat ediliblər.
Qeyd edək ki, Gökhan 2016-ci ildə "Beşiktaş"a "Fənərbaxça"dan keçib.