"Qarabağ"ın "Kopenhagen"lə matçlarının tarixi dəqiqləşdi

15:57 - 4 Avqust 2017

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ"ın rəqibi Danimarkanın "Kopenhagen" klubu olub.  

 

Sportal.az xəbər verir ki, artıq komandalar arasında baş tutacaq matçların tarixi də dəqiqləşib. Belə ki, tərəflər arasında ilk matçın avqustun 15-də Bakıda, cavab oyunu isə həmin ayın 23-də Danimarkada keçiriləcək.

 

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.

Xəbər xətti