"Qarabağ” “Kopenhagen”lə keçirəcəyi Çempionlar Liqasının pley-off oyununa qədər transfer gerçəkləşdirə bilər.
Sportal.az xəbər verir ki, bu haqda Qol.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib. Komandalarının hədəfinin ÇL-in qrup mərhələsinə düşmək olduğunu söyləyən klub rəsmisi həm əvvəllər gündəmlərində olan futbolçular, həm də başqa yeni legionerlərlə danışıqlar apardıqlarını söyləyib.
Klub rəsmisi ən azı bir transfer edəcəklərini istisna etməyib.
“Yeni transferiniz hücumçu olacaq?” sualına cavabında Ə.Çəlikəl bunun hələ qətiləşmədiyini vurğulayıb: “Onu deyə bilərəm ki, həm hücum, həm də digər mövqedə çıxış edən oyunçularla danışıqlar gedir”.
O, baş məşqçi Qurban Qurbanovun yekun qərarından sonra transferi həyata keçirəcəklərini deyib.
saytlarin hazirlanmasi