Son mövsümdə "Əskişəhərspor"un baş məşqçisi vəzifəsində çalışan Mustafa Dənizli yenidən şərhçi kimi fəaliyyət göstərəcək.
Sportal.az xəbər verir ki, təcrübəli məşqçi növbəti dəfə "TRT Spor" telekanalındə işləməyə razılıq verib. O, futbol proqramlarının birində şərhçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, 67 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində 2013/14-cü illərdə "Xəzər Lənkəran"ı da çalışdırıb.
saytlarin hazirlanmasi