Peşəkar Futbol Liqası Almeyda ilə bağlı dəyişiklik etdi

01:54 - 9 Avqust 2017

PFL Azərbaycan Premyer Liqasında çıxış edən Riçard Almeyda ilə bağlı dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Peşəkar Futbol Liqasının rəsmi saytında Azərbaycan vətəndaşı kimi qeyd olunub. Bu isə təsadüfi deyil. Belə ki, Azərbaycan Premyer Liqasında 5 ildir ki, çıxış edən Almeyda artıq Azərbaycan vətəndaşlığı alıb və millidə də çıxış edir.

 

Bu isə o deməkdir ki, Almeyda bu mövsümdən etibarən legioner sayılmayacaq və Premyer Liqada yerli futbolçu kimi çıxış edəcək.

Xəbər xətti